Monqolustanın Azərbaycandakı qeyri-rezident səfirinin səlahiyyət müddəti başa çatır.
"Report"un Türkiyə bürosuna bu barədə məlumat bu ölkənin səfirliyindən verilib.
Qeyd olunub ki, iqamətgahı Türkiyədə olan səfir Qombosuren Munxbayar yanvarın 26-27-də Bakıya səfər edəcək. Səfər çərçivəsində səfir Azərbaycan Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra ikitərəfli görüşlər keçirəcək.