Mançester şəhərində səyyar konsulluq xidmətləri keçirilib.
"Report" xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin "X" hesabında yayılıb.
Bildirilib ki, fevralın 21-də İngiltərənin bu bölgəsində yaşayan Azərbaycan vətəndaşları müxtəlif konsulluq xidmətlərindən yararlanmaq və suallarını ünvanlamaq imkanı əldə ediblər.