Belarus Azərbaycana yeni səfir təyin edib.
Bu barədə “Report” “Belta”ya istinadən xəbər verir.
Nəşrin yazdığına görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Dmitri Pineviçi ölkənin Azərbaycandakı yeni səfiri təyin edib.
Yeni təyinata qədər Pineviç 2020-2024-cü illərdə Belarusun səhiyyə naziri vəzifəsində çalışıb.
Qeyd edək ki, 2020-ci ilin noyabrından Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov olub.