Komissiyanın həmsədri: “Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb”

“Gürcüstan-Azərbaycan sərhədində bir neçə çətin sahələr var. Hazırkı mərhələdə onların heç biri üzrə qərar qəbul olunmayıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

O xatırladıb ki, sərhədin üçdə bir hissəsi razılaşdırılıb: “Yaxın həftlərdə ekspertlərdən ibarət qrup razılaşdırılmamış hissələrə yerində baxış keçirəcək və bundan sonra komissiya yenidən toplaşacaq”.

L.Darsalia komissiyanın növbəti iclasının bir ay ərzində Tbilisidə keçiriləcəyini qeyd edib. 

Digər xəbərlər