Kestutis Yankauskas: "Azərbaycan və Avropa İttifaqı arasında aviasiya barədə sazişin ilkin müzakirəsinin gələn ilin əvvəlində keçiriləcəyi gözlənilir"

Bakı. 7 dekabr. REPORT.AZ/ "Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya barədə sazişin ilkin müzakirəsinin gələn ilin əvvəlində, daha dəqiq desək, yanvar ayının ikinci yarısında keçiriləcəyi gözlənilir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.

"Mətn üzərində iş, təxminən, 99% başa çatıb, bəzi detallar qalır. Onlar üzərində də intensiv iş aparılır", - o bildirib.

Digər xəbərlər