İsveç XİN Ermənistan-Azərbaycan sərhədində mülki missiyanın yaradılmasını alqışlayıb

"Ermənistan-Azərbaycan sərhədində Aİ-nin mülki missiyasının təşkili regionda etimad və uzunmüddətli sabitliyin yaradılmasına mühüm töhfədir".

“Report” xəbər verir ki, bunu İsveçin xarici işlər Ann Linde tviterdə yazıb.

Qeyd edək ki, oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya Ermənistanda Azərbaycanla sərhədin yaxınlığında yerləşdiriləcək.

Digər xəbərlər