Azərbaycan-Əlcəzair Hökumətlərarası Birgə Komissiyanın yaradılması sazişi təsdiqlənib

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş" təsdiq edilib.

"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərmanı imzalayıb.

Sənəd 2025-ci il noyabrın 4-də Əlcəzair şəhərində imzalanmışdı.

Digər xəbərlər