Bakı. 12 iyun. REPORT.AZ/ İsveçrənin Federal Şurasının üzvü və Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter iyunun 12-də “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana gəlib.
"Report"un məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Didye Burkhalteri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.