“Azərbaycanla yaxın dostluğumuzu yüksək qiymətləndiririk”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Azərbaycanla diplomatik əlaqələrin 30 illiyi münasibətilə tviterdə yazıb.
O bildirib ki, rəsmi Bakı və Tbilisi 30 il ərzində qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı inkişaf etdirib.
“Qarşılıqlı maraq doğuran bütün sahələrdə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirik”, - XİN başçısı vurğulayıb.