Fransa parlamentinin sədri: "Bütün səylərimiz Ermənistan-Azərbaycan dialoqunun bərpasına yönəlib"

“Bütün səylərimiz Ermənistanla Azərbaycan arasında dialoqun bərpasına və sülhə yönəlib”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet deyib.

O bildirib ki, mümkün sülhə və dialoqa aparan yol tükənmədikcə və bununla bağlı bütün yolları sınamamış başqa tədbirləri tətbiq etmək yersizdir: “Enerjimiz 100 faiz bu istiqamətdə yönəlib”.

Spikerin sözlərinə görə, Fransa rəhbərliyi hesab edir ki, Ermənistanla Azərbaycan arasında dialoqun bərpası ən mühüm məsələdir.

Digər xəbərlər