Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb

Baş nazir Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanla BP arasında formalaşmış uzunmüddətli qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib.

BP-nin Azərbaycanda reallaşdırdığı layihələrin önəmi qeyd olunub, eyni zamanda ikitərəfli əməkdaşlığın gündəliyində duran perspektivli layihələr nəzərdən keçirilib.

Digər xəbərlər