2024-cü ildə Ankarada imzalanmış Fəaliyyət Planı iki ölkənin hökumətinin birgə səyləri nəticəsində icra edilib.
"Report"un məlumatına görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, 120 bənddən ibarət Fəaliyyət Planı 93 bənd və ya 78 % icra edilib.
"İcrasız qalan bəndlər isə yeni Fəaliyyət Planında öz əksini tapacaq. Zamanın çağırışlarını nəzərə alaraq Fəaliyyət Planına mütəmadi olaraq yeni müddəalar əlavə olunur. Bu gün də tərəfdaşlığımızın bütün aktual sahələrini əhatə edən 110 bəndlik Fəaliyyət Planını təsdiqləyəcəyik. Ümidvaram ki, yeni müddəaların icrası əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə müsbət təsir göstərəcək", - Baş nazir bildirib.