"Azərbaycanda bu ilin 6 ayında qaçqın statusu alanların sayı 86-dır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 nəfər çoxdur".
"Report"un xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
V.Hüseynov hansı ölkələrin vətəndaşlarının qaçqın statusu almaq üçün müraciət ediyini açıqlayıb: "Bu ölkələr Liviya, Əfqanıstan, Pakistan və İrandır".