Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə böyük uğurlar əldə edib.
“Report” xəbər verir ki, bu barədə BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində qeyd edilib.
O bildirib ki, Azərbaycanın nailiyyətləri arasında onun təşəbbüsü ilə Qoşulmama Hərəkatının Qadın və Gənclər Platformasının yaradılmasını qeyd etmək lazımdır.