UNESCO-nun yeni Baş katibi WUF13 və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunub

BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) yeni Baş katibi Xaled El-Enani gələn il Bakıda keçiriləcək beynəlxalq tədbirlərə dəvət olunub.

"Report"un məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qurumun Baş katibi ilə telefon danışığı zamanı məlumat verib.

Nazir 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13), Bakı prosesi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verib və Baş katibi bu tədbirlərdə iştiraka dəvət edib.

Digər xəbərlər