Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin təkbətək görüşü başlayıb.
"Report"un xəbərinə görə, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Tərəflər görüş çərçivəsində Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığının əsas mövzularını və onun regionun inkişafı üçün əhəmiyyətini müzakirə ediblər.
15:45
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.
"Report" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.