Nazir: Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır

Hindistandan Azərbaycanda təhsil alan tələbələrin sayı 500 nəfərdir.

"Report"un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birlikdə mətbuat üçün brifinqə deyib.

Nazir iki ölkə arasında mədəni əlaqələrə də toxunaraq Hindistan istehsalı olan 30-dan artıq filmin çəkilişlərinin həm də Azərbaycanda aparıldığını vurğulayıb.

Digər xəbərlər