Berlian Helmi: D8 sammitinin tarixi hələ müəyyənləşdirilməyib

İnkişaf etməkdə olan ölkələrin İqtisadi Əməkdaşlıq Təşkilatının (D8) Cakartada keçirilməli olan 12-ci sammitinin tarixi hələ müəyyənləşdirilməyib.

Bu barədə "Report"un müxbirinə İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi məlumat verib.

"Yaxın Şərqdəki vəziyyət hələ çox qeyri-müəyyəndir. Biz sammiti ləğv etməmişik, lakin yeni tarixi hələ müəyyənləşdirməmişik", - o bildirib.

Xatırladaq ki, D-8 hərəkatının 12-ci sammitinin aprelin 13-15-də İndoneziyanın paytaxtı Cakartada keçirilməsi planlaşdırılırdı. Lakin martda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı ilə bağlı regionda vəziyyətin gərginləşməsi fonunda sammitin qeyri-müəyyən müddətə təxirə salındığı məlum olub.

1997-ci ildə yaradılmış D-8 təşkilatı Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyəni birləşdirir. Azərbaycan 2025-ci ildən birliyin üzvüdür.

Digər xəbərlər