Belarusun baş nazirinin müavini Natalya Petkeviç oktyabrın 28-də Azərbaycana gələcək.
Bu barədə "Report"a Belarus Ticarət-Sənaye Palatasının Minsk bölməsinin xarici iqtisadi əlaqələr üzrə baş direktor müavini İrina İvanova məlumat verib.
Onun sözlərinə görə, səfərin məqsədi Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının növbəti iclasında iştirak etməkdir.
"İclasda yeni sənədlər imzalanacaq. Bu, ikitərəfli əməkdaşlığın inkişafına əlavə təkan verəcək", - İvanova bildirib.