Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclası keçirilir.
“Report” xəbər verir ki, iclasa Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiya Şurasının sədrinin birinci müavini Andrey Yatskin sədrlik edir.
Yubiley iclasında bu mövzular üzrə məruzələr dinləniləcək:
“Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi”, “Azərbaycan və Rusiya arasında ticari-iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi tendensiyaları və perspektivləri”, “Azərbaycan-Rusiya regionlararası əməkdaşlığın təcrübəsi və inkişaf yolları”, “IV Avrasiya Qadınlar Forumuna hazırlıq” və “Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın XXI iclası”.