Azərbaycanın Ombudsmanı Pakistana səfərə gedib

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Pakistana səfərə gedib

"Report" xəbər verir ki, Elmira Süleymanova noyabrın 24-25-də İslamabadda keçiriləcək 17-ci Asiya Ombudsmanları Konfransında iştirak edəcək.

Qeyd edək ki, E.Süleymanovanın İslamabada səfəri pakistanlı həmkarı Salman Faruqinin dəvəti əsasında həyata keçirilib.

Digər xəbərlər