Azərbaycanın Konstansa şəhərindəki fəxri konsulu vəzifəsindən geri çağırılıb

Bakı. 23 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Qabriel Valentin Komaneskunun Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində fəxri konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Qabriel Valentin Komanesku Azərbaycan Respublikasının Rumıniyanın Konstansa şəhərində fəxri konsulu vəzifəsindən geri çağırılıb.

Digər xəbərlər