Azərbaycan XİN İsveçdə Quranın yandırılmasını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçdə Quranın yandırılmasını qətiyyətlə pisləyib.

“Report” xəbər verir ki, bu barədə XİN-in tviter hesabında paylaşım edilib.

“Azərbaycan XİN İsveç hakimiyyətini cinayətkarlara qarşı bütün lazımi tədbirləri görməyə və nifrət zəminində bu cür cinayətlərin təkrarlanmasının qarşısını almağa çağırır”, - paylaşımda deyilir.

Digər xəbərlər