Azərbaycan və Türkiyə arasında Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlıq müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X"də yazıb.
Səfir Türkiyənin TDT-dəki daimi nümayəndəsi Ufuk Ekici ilə görüşdə sözügedən qurumun daxilində iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və ümumi məqsədlər naminə həmrəyliyin artırılmasının zəruriliyi barədə fikir mübadiləsi aparıldığını qeyd edib.