Azərbaycan Sverdlovskla ticarət, investisiya əlaqələrini möhkəmləndirir

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və bu ölkənin Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev 2025-ci il üçün qarşılıqlı səfərlər planını müzakirə ediblər.

Bu barədə "Report" Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinə istinadən xəbər verir.

Yekaterinburqda keçirilən görüşdə tərəflər ticari-investisiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və Sverdlovsk vilayətinin şəhərləri arasında qardaşlaşma əlaqələrinin inkişafı məsələlərini müzakirə ediblər.

"Biznes missiyalarının qarşılıqlı səfərlərinin təşkilinə xüsusi diqqət yetirilib", - səfirlikdən vurğulanıb.

Digər xəbərlər