Bakı Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində əldə etdiyi təcrübəni Dəməşqlə bölüşməyə hazırdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyinin "X" hesabında bildirilir.
"Azərbaycan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesində qazandığı bütün təcrübəni bölüşməyə hazırdır", - səfirliyin məlumatında deyilir.
Diplomatik missiya həmçinin Suriya xalqını ölkənin sabiq prezidenti Bəşər Əsəd rejiminin devrilməsinin ildönümü münasibətilə təbrik edib.
"Bir il əvvəl, bu gün dünya Dəməşqin öz xalqına qayıtmasının, ədalətsizlikdən və cinayətlərdən qurtulmasının şahidi oldu. Bu gün Suriya xalqı bütün gücü və böyük ruh yüksəkliyi ilə bütün sahələrdə vətənlərini dirçəltmək üçün çalışır. Bu, onların mütləq uğur qazanacağına və öz unikal nailiyyətləri ilə hamını heyrətləndirə biləcək dövləti yenidən qurmaq qabiliyyətlərini dünyaya nümayiş etdirəcəyinə inam yaradır", - səfirlik qeyd edir.