Azərbaycanın Qazaxıstandakı səfiri Əlimirzamin Əskərov Astanadakı Avrasiya Milli Universitetini ziyarət edib.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, diplomat ali məktəbin rektoru ilə görüşüb və əməkdaşlıq məsələlərini müzakirə edib.
Daha sonra Heydər Əliyev adına auditoriyada səfirin universitetin azərbaycanlı tələbələri ilə görüşü keçirilib.
Tələbələr səfirlə şəxsən söhbət etmək imkanı əldə ediblər.