Avropa Komissiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini (AQTA) səlahiyyətli qurum kimi tanıya bilər.
“Report”un xəbərinə görə, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən, 2023-cü ilədək Agentlik və Xarici İşlər Nazirliyi Avropa Komissiyasının AQTA-nı səlahiyyətli qurum kimi tanıması istiqamətində tədbirlər həyata keçirəcək.