Bakı. 7 mart. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Rocer Geyl və Ştefan Şennak Mehman Hüseynovun azad edilməsini alqışlayıblar.
"Report" xəbər verir ki, bu barədə həmməruzəçilərin AŞPA-nın saytında dərc olunan müraciətində deyilir.
Onlar bunun çox yaxşı xəbər olduğunu bildiriblər.
Xatırladaq ki, martın 2-də Mehman Hüseynov azadlığa buraxılıb.