Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Azərbaycanı ölkə minifutbol yığmasının dünya çempionatındakı qələbəsi münasibətilə təbrik edib.
Bu barədə “Report” diplomatın “X” sosial şəbəkəsindəki hesabında paylaşımına istinadən xəbər verir.
"Azərbaycanı 2025-ci il minifutbol üzrə dünya çempionatının qalibi olması münasibətilə təbrik edirəm!", - səfir vurğulayıb.