Bakı qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko "X"də yazıb.
O, Azərbaycanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməsi münasibətilə təbrik edib: "Bu gözəl şəhər Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən irəli sürülən qlobal miqyasda şəhərsalma siyasətlərinin mərkəzinə çevriləcək. Uğurlar arzulayıram!"