ABŞ-da ermənilərin vandallığını əks etdirən sərgi keçirilib

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində bu ölkədəki səfirliyimiz tərəfindən məşhur italyan fotoqraf Fabrisio Kontinin "Aghdam Delenda” fotosərgisi keçirilib.

Bu barədə “Report” Azərbaycanın ABŞ-dakı səfirliyindən bildirilib.

Sərgidə Azərbaycanın bir sıra şəhərlərinin Ermənistan tərəfindən tamamilə dağıdıldığını əks etdirən fotolar nümayiş etdirilib.

Sərgidə Filadelfiya Şəhər Şurasının üzvləri və digər şəxslər iştirak edərək Azərbaycana dəstək veriblər.

Digər xəbərlər