​Yanvar ayında Naxçıvana 15 mindən çox turist gəlib

Bakı. 22 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasına 15 min 231 nəfər turist gəlib.

"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2015-ci ilin müvafiq dövründəki göstəricidən 3,2 faiz çoxdur.

Qeyd edək ki, muxtar respublikada "Duzdağ Fizioterapiya Mərkəzinin" hoteli də daxil olmaqla 5 mehmanxana fəaliyyət göstərir. 

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00