Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu turizm sektoruna 9 milyon manat güzəştli kredit verib.
"Report" xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə Fond indiyə qədər sektora 53 milyon manat borc verib, bu isə 4 800-dən çox yeni iş yerinin yaradılması deməkdir.