Bakı. 28 aprel. REPORT.AZ/ İyunun 14-də, saat 11:00-da “Şirvan Mehmanxana” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq mehmanxananın yerləşdiyi Şamaxı şəhəri, 24-cü məhəllə, Məşhədi Əzizbəyov küçəsi, 41 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatın müzakirə və təsdiq edilməsi məsələsi daxildir.
Xatırladaq ki, “Şirvan Mehmanxana” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 197 810 manatdır.