Səudiyyə Ərəbistanında “Aqrobiznes Sənaye” sərgisi açılacaq

Bakı. 21 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında X “Aqrobiznes Sənaye Sərgisi” keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, gələn il təşkil olunacaq sərgi aprelin 10-dan 13-dək davam edəcək.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgidə iştiraka dəvətlidirlər.

Tədbir haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Digər xəbərlər