Rusiyada Beynəlxalq Xəzər Texnologiya forumu keçiriləcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Rusiyada “Texnokaspiy-2017” adlı II Beynəlxalq Xəzər Texnologiya Forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) “Report”a verilən xəbərə görə, tədbir gələn il aprelin 13-14-də Həştərxan şəhərində baş tutacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən sahibkarlar forumda iştiraka dəvətlidirlər.

Forum haqqında ətraflı məlumat almaq istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00