Mərkəzi Asiyadan Türkiyəyə səyahət edənlərin sayı artıb

Bu ilin yanvar-iyun aylarında Mərkəzi Asiya ölkələrindən Türkiyəyə səfər edənlərin sayı 703 min 776 nəfər təşkil edib.

Bu barədə "Report"a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mərkəzi Asiya ölkələrindən ən çox Qazaxıstan vətəndaşları Türkiyəyə səyahət edib. Belə ki, altı ayda 335 min 379 qazaxıstanlı Türkiyəyə səfər edib və bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 47 min 452 nəfər və ya 16,48 % çoxdur. Türkiyəyə gedən Qazaxıstan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 1,71 %-ni təşkil edir.

İyun ayında isə Qazaxıstandan Türkiyəyə 129 min 389 nəfər gedib. Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 13 min 657 nəfər və ya 11,8 % artım deməkdir. Ötən ay Türkiyəyə gedən Qazaxıstan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 2,32 %-ni təşkil edir.

Daha sonra ardıcıllığa uyğun olaraq Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan vətəndaşları gəlir.

Altı ayda Özbəkistandan Türkiyəyə səyahət edənlərin sayı 205 min 502 nəfər təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18 min 845 nəfər və ya 10,1 % artım deməkdir. Türkiyəyə səfər edən Özbəkistan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 1,05 %-ni təşkil edir.

Həmçinin iyunda Özbəkistandan Türkiyəyə 50 min 349 nəfər səyahət edib. Bu ötən ilin müvafiq dövrünə nisbətən 6 818 nəfər və ya 15,66 % çoxdur. Qeyd edək ki, keçən ay Türkiyəyə səfər edən Özbəkistan vətəndaşları bu ölkəyə səfər edənlərin 0,9 %-ni təşkil edir.

Qırğızıstandan Türkiyəyə səfər edənlərin sayı yanvar-iyun aylarında 79 min 794 nəfər olub. Bu, 2022-ci ilin analoji dövrünə nisbətən 9 616 nəfər və ya 13,7 % çoxdur. Türkiyəyə gedən Qırğızıstan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,41 %-ni təşkil edir.

Bu ilin iyununda isə Qırğızıstandan Türkiyəyə gedənlərin sayı 17 min 431 nəfər, ötən ilin eyni dövrü ilə müqayisədə 2 145 nəfər və ya 14,03 % çox olub. Ötən ay Türkiyəyə gedən Qırğızıstan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,31 %-ni təşkil edir.

Bu ilin I yarısında Türkmənistandan Türkiyəyə səfər edənlərin sayı 45 min 989 nəfər təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29 min 692 nəfər və ya 182,9 % artım deməkdir. Onların Türkiyəyə səfər edən millətlərin siyahısında payı 0,23 % təşkil edir.

Keçən ay Türkmənistandan Türkiyəyə səfər edənlərin sayı 10 min 613 nəfər təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 561 nəfər və ya 247,74 % çoxdur. Türkiyəyə səfər edən millətlərin siyahısında Türkmənistan vətəndaşlarının payı 0,19 % təşkil edir.

Altı ayda Tacikistandan Türkiyəyə səfər edənlərin sayı 37 min 112 nəfər olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 959 nəfər və ya 2,65 % artım deməkdir. Türkiyəyə gedən Tacikistan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,19 %-ni təşkil edir.

İyun ayında isə Tacikistandan Türkiyəyə 6 677 nəfər gedib. Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 1 585 nəfər və ya 31,13 % çoxdur. Ötən ay Türkiyəyə gedən Tacikistan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,12 %-ni təşkil edir.

Digər xəbərlər