Bu ilin yanvar-iyul aylarında Mərkəzi Asiya ölkələrindən Türkiyəyə səfər edənlərin sayı 940 min 15 nəfər təşkil edib.
Bu barədə "Report"a Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 19,3 % çoxdur.
Mərkəzi Asiya ölkələrindən ən çox Qazaxıstan vətəndaşları Türkiyəyə səyahət edib. Belə ki, yeddi ayda 480 min 302 qazaxıstanlı Türkiyəyə gedib və bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 17,1 % artım deməkdir. Türkiyəyə gedən Qazaxıstan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 1,79 %-ni təşkil edib.
İyul ayında isə Qazaxıstandan Türkiyəyə 144 min 923 nəfər gedib. Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 18,7 % çoxdur. Ötən ay Türkiyəyə gedən Qazaxıstan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 2,03 %-ni təşkil edib.
Daha sonra ardıcıllığa uyğun olaraq Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan vətəndaşları gəlir.
Yeddi ayda Özbəkistandan Türkiyəyə səyahət edənlərin sayı 260 min 455 nəfər təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,9 % artım deməkdir. Türkiyəyə səfər edən Özbəkistan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,97 %-ni təşkil edib.
Həmçinin keçən ay Özbəkistandan Türkiyəyə 54 min 953 nəfər səyahət edib. Bu ötən ilin müvafiq dövrünə nisbətən 19,7 % çoxdur. Qeyd edək ki, iyulda Türkiyəyə səfər edən Özbəkistan vətəndaşları bu ölkəyə səfər edənlərin 0,77 %-ni təşkil edib.
Qırğızıstandan Türkiyəyə səfər edənlərin sayı yanvar-iyul aylarında 95 min 690 nəfər olub. Bu, 2022-ci ilin analoji dövrünə nisbətən 14,4 % artım deməkdir. Türkiyəyə gedən Qırğızıstan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,36 %-ni təşkil edib.
Bu ilin iyulunda isə Qırğızıstandan Türkiyəyə gedənlərin sayı 15 min 896 nəfər, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 % çox olub. Ötən ay Türkiyəyə gedən Qırğızıstan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,22 %-ni təşkil edib.
Bu ilin yeddi ayında Türkmənistandan Türkiyəyə səfər edənlərin sayı 59 min 476 nəfər təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə artım deməkdir. Onların Türkiyəyə səfər edən millətlərin siyahısında payı 0,22 % təşkil edib.
Keçən ay Türkmənistandan Türkiyəyə səfər edənlərin sayı 13 min 487 nəfər təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. Türkiyəyə səfər edən millətlərin siyahısında Türkmənistan vətəndaşlarının payı 0,19 %-dir.
Yanvar-iyul aylarında Tacikistandan Türkiyəyə səfər edənlərin sayı 44 min 92 nəfər olub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 % artım deməkdir. Türkiyəyə gedən Tacikistan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,16 %-ni təşkil edib.
İyul ayında isə Tacikistandan Türkiyəyə 6 980 nəfər gedib. Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 24,15 % çoxdur. Ötən ay Türkiyəyə gedən Tacikistan vətəndaşları bu ölkəyə səfər edən millətlərin 0,1 %-ni təşkil edib.