Mərakeşə səfər edən azərbaycanlı turistlərin sayı artıb

Bakı. 9 fevral. REPORT.AZ/ Ötən il Mərakeşə səfər edən azərbaycanlı turistlərin sayı açıqlanıb. 

Mərakeşin Azərbaycandakı səfirliyindən "Report" bildiriblər ki, 2014-cü ildə bu ölkəyə 180 Azərbaycan vətəndaşı səfər edib, bu da ötən ildən (108 nəfər) 72 nəfər çoxdur. 

2012-ci ildə Mərakeşə 100, 2011-ci ildə isə 117 Azərbaycan vətəndaşı səfər edib. 

Qeyd edək ki, xidməti və diplomatik pasportların sahibləri viza almadan hər iki ölkəyə səfər edə bilər.  

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00