Kişinyovda “Moldova Biznes Həftəsi 2016” təşkil olunacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Moldovanın Kişinyov şəhərində “Moldova Biznes Həftəsi 2016” adlı tədbir keçiriləcək.

“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, tədbir oktyabrın 4-7-də baş tutacaq.

Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirdə iştiraka dəvət olunublar.

Tədbirlər haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Digər xəbərlər