Bu ilin II rübündə Gürcüstandan Azərbaycana 7,336 min nəfər səfər edib.
“Report” bu barədə Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, Gürcüstandan xaricə səfər edən ümumi səfərlərin 1,3 %-ni təşkil edib.
Hesabat dövründə Gürcüstandan ümumilikdə 564,3 min nəfər xaricə səfər edib ki, bu, ötən ilni eyni dövrü ilə müqayisədə 0,4 % çoxdur.
II rübdə Gürcüstandan rezidentlər ən çox Türkiyəyə (201,3 min) və Rusiyaya (106,3 min) səfər edib.
Xarici səfərlərin 98,2 %-i təkrar səfərlər olub.