İraqda energetika, tikinti və iqtisadiyyat üzrə sərgi açılacaq

Bakı. 5 dekabr. REPORT.AZ/ İraqda “Ticari Xidmətlər və Sərgilər” və “As-Saqr Al-Zəhəbi” şirkətlərinin təşkilatçılığı ilə energetika, tikinti və iqtisadiyyat üzrə “I Beynəlxalq Əl-Musənnə” sərgisi keçiriləcək.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, sözügedən sərgi dekabrın 25-28-də baş tutacaq. Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar sərgiyə dəvət olunublar.

Tədbir haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00