Hindistanda toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək

Bakı. 21 oktyabr. REPORT.AZ/ Hindistanda toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək.

Bu barədə “Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.

Bildirilib ki, Dehli şəhərində baş tutacaq sərgi gələn il fevralın 21-24-də keçiriləcək. Toxuculuq sənayesi məhsullarının sərgisində iştirak etməkdə maraqlı olan azərbaycanlı sahibkarlar tədbirə dəvət olunublar.

Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00