Hindistanda beynəlxalq daş sənayesi sərgisi açılacaq

Bakı. 22 dekabr. REPORT.AZ/ Hindistanda “India Stonemart 2017” adlı IX beynəlxalq daş sənayesi sərgisi keçiriləcək.

“Report”a Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) verilən xəbərə görə, Caypur şəhərində təşkil olunacaq sərgi gələn il fevralın 2-dən 5-dək davam edəcək.

Azərbaycanda bu sahədə fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunublar.

Tədbir iştirak etməkdə maraqlı olan sahibkarlar “Azpromo”ya müraciət edə bilərlər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00