Gürcüstanın beynəlxalq turizmdən ötənilki gəliri milyard dolları ötüb

Ötən il Gürcüstan beynəlxalq turizmdən 1,2 milyard ABŞ dolları həcmində gəlir əldə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

İllik müqayisədə gəlirdə 130 % artım qeydə alınıb.

Hesabat ilində qonşu ölkə 1 milyon 881 min 271 nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da 2020-ci illə müqayisədə 7,7 % çoxdur.

2021-ci ildə Gürcüstana beynəlxalq səfərlərin 51 %-i hava nəqliyyatı vasitəsilə həyata keçirilib.

Digər xəbərlər