​Gürcüstanda beynəlxalq turizm sərgisi keçiriləcək

Bakı. 9 fevral. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində XVIII Beynəlxalq Turizm Sərgisi keçiriləcək.

“Report” Azpromo-ya istinadən xəbər verir ki, sözügedən sərgi aprelin 14-dən 16-dək təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvətlidirlər.

Tədbirlər haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00