Bu ilin II rübündə xaricə səfər etmiş Gürcüstan vətəndaşlarının 2,6 %-i Azərbaycana gəlib.
“Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, xaricə gedən gürcüstanlıların 41,8 %-i Türkiyəyə, 16,7 %-i Avropa İttifaqı ölkələrinə, 14,1 %-i Rusiyaya, 13,9 %-i Ermənistana, 10,9 %-i isə digər ölkələrə səfər edib.
Xaricə səfərlərin 97,2 %-i təkrar səfərlər olub.
Hesabat dövründə Gürcüstandan xaricə 543,6 min nəfər səfər edib ki, bu da illik müqayisədə 33,9 % çoxdur.