Bu ilin fevral ayında Gürcüstan beynəlxalq turizmdən 105,2 milyon ABŞ dolları gəlir əldə edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.
Məlumata əsasən, gəlirin həcmində illik müqayisədə 91,5 milyon ABŞ dolları və yaxud 7,7 dəfə artım qeydə alınıb.
Administrasiyadan qeyd olunub ki, turizm sektorunun sürətli bərpa dinamikası beynəlxalq ziyarətçilərin sayı ilə yanaşı, gəlirlərdə də əks olunub.
Hesabat ayında Gürcüstan 165 626 nəfər beynəlxalq ziyarətçi qəbul edib. Bu da ötən ilin eyni göstəricisindən 3,9 dəfə çoxdur.