Dünyanın ən bahalı şəhəri açıqlanıb

Bakı. 13 iyul. REPORT.AZ / İsveçrənin UBS bankı "Qiymətlər və gəlirlər - 2018" tədqiqatında yaşayış məbləğinə görə dünya şəhərlərinin reytinqini açıqlayıb.

Bu barədə Report Rusiya KİV-nə istinadən xəbər verir.

İsveçrənin Sürix şəhəri 116,8 balla ən bahalı şəhər adına layıq görülüb. Cenevrə ikinci, Oslo üçüncü yerdə qərarlaşıb.

İlk onluğa həmçinin Kopenhagen, Nyu-York, Tokio, Milan, London, Çikaqo və Helsinki daxildir.

Reytinqi tərtib edərkən UBS analitikləri dünyanın 77 şəhərində 128 mal və xidmətlərin qiymətlərini və 15 peşə nümayəndələrinin gəlirlərini müqayisə ediblər.

Digər xəbərlər

Qaxda turizm festivalı keçirilib 12 oktyabr, 2026 / 13:00